Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunun toponimləri - Başkənd kəndi

0




  • Başkənd kəndi Xocalı rayonunda, əsrarəngiz gözəlliyə malik bir ərazidə, Qarabağ silsiləsinin şimal-şərq yamacında, Mıxtökən dağının ətəyində, rayon mərkəzindən 17 km cənub-qərbdə, Ballıca çayının sahilində yerləşir. Kənd, Kosalar sovetliyinə daxil idi. İşğal ərəfəsindəki son ildə kəndi Göyçay rayonu hamiliyə götürmüşdür. Əhalisi əsasən heyvandarlıqla məşğul olurdu. Kənddə klub, məktəb, mədəniyyət evi və s. var idi. Avaz kişinin məskəni bura olub. Başkənd kəndi qonşuluqda yerləşən kəndlərə nisbətən bir qədər yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. Başkənd toponiminin mənası “yuxarıda, başda yerləşən kənd” deməkdir. Yaəli dağı və Çoban Daşaşıran qayası kəndin yaxınlığındadır. Kəlbəcər rayonunda da Başkənd adlı kənd vardı. Culfa rayonunda Başkənd mineral bulaqları, Gədəbəy rayonu ilə Ermənistanın Krasnoselsk rayonu sərhədində, Keçəl dağ silsiləsində hündürlüyü 2170 metr olan Başkənd aşırımı, Gədəbəy rayonu ərazisində Başkəndsu çayı, Azərbaycanda – Kiçik Qafqazın Şahdağ və Murovdağ silsilələrinin şimal ətəklərində Başkənd – Dəstələr çökəkliyi və s. vardır.


                                                             “Müqəddəs yurd: Xocalı” adlı kitabdan
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib44 dəfə
    Xocalı rayonunun toponimləri Başkənd kəndi

    Maraqlı gələ bilər
    54